Məşhur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi

Məşhur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi
  • Cəmiyyət

  • Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib.

    Qeyd edək ki, T.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınan, sabiq polis rəisi Şahmar Paşayevin oğludur.

    T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.

    (report)
    PAYLAŞ:

    Oxşar xəbərlər