Erməni mediası ORDUMUZUN bu ərazini də geri aldığını iddia etdi

Erməni mediası ORDUMUZUN bu ərazini də geri aldığını iddia etdi
  • Hərb

  • Azərbaycan əsgəri Gorus rayonunun Xinzirək kəndindədir (Nerkin Xndzoresk).

    Asiya.az
    erməni mediasına istinadən xəbər verir ki, kənd Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə daxil edilib.

    Kəndin bələdiyyə sədri Ervand Malunts “Facebook” hesabında bu məlumatı təkzib edib.

    Lakin daha sonra o, belə deməyə məcbur olduğunu etiraf edib.

    “İnformasiyanı təkzib edə bilmirəm, reallıq budur, lakin məndən tələb olundu ki, təkzib məlumatı yayım. Demarkasiya işləri kəndin yanında aparılır”, - erməni jurnalistlərin zənginə cavab verən icma rəhbəri belə deyib.

    Bu arada, məsələnin qısa müddət ərzində geniş əks-səda doğurduğunu görən Ermənistan Müdafiə Nazirliyi açıqlama vermək məcburiyyətində qalıb. Nazirliyin rəsmi nümayəndəsi Samvel Asatryan yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

    Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin Nerkin kəndinə daxil olaraq erməni sakinləri ordan çıxarmağa cəhd etdiyini xəbəri yayılıb. (Azsabah.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər