Asiya.az xəbər veir ki, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan "Xocalını unutmarıq" adlı tamaşa-kompozisiyada faciə qurbanlarının fəryad və iztirabları aktyor və məktəblilərin məharətli ifasında öz əksini tapıb.
Kompozisiyada teatrın rejissoru Cəmaləddin Əliyev, aktyor Cavid Quliyevlə yanaşı adıçəkilən təhsil müəssisəsinin şagirdləri də rol alıblar.
Tamaşaya Masallı xalq teatrının baş prodüseri Mərhəmət Lələyev quruluş verib.