Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşdü - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşdü - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlər Alparslan Oğuz və Emin Piri ilə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər veirr ki, şairləri tarixi zəfər münasibəti ilə təbrik edib, cəbhə xatirələri ilə tanış olub, ürək sözlərini bölüşüb:

    “Siz hər ikiniz ən yeni nəslə mənsub şairlərimizsiz. Üzvü olduğunuz birlik və digər yaradıcılıq qurumları tərəfindən ayrı-ayrı vaxtlarda “Diplom” və “Fəxri fərman”lara, müxtəlif mükafatlara layiq görülmüsüz. Şeirləriniz dövri nəşrlərdə, almanaxlarda və öz kitablarınızda gün üzü görüb. Sizin yaradıcılığınız əsasən vətənpərvərlik üstə köklənib. Təsadüfi deyil ki 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayınca könüllü olaraq cəbhəyə yazılmısız və döyüş yolunuz ayrı-ayrı rayonlarımızdan Füzulidən başlayıb, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xocavənd və b. istiqamətlərdən keçib. 2020-ci ilin son günlərində tərxis olunmusuz.
    Xidmətləriniz dövlətimiz tərəfindən qiymətləndirilib.
    Sizi düşmən üzərində qələbə münasibəti ilə təbrik edir, şəxsi həyatınızda, yaradıcılığınızda yeni uğurlar diləyirəm”!

    A.Oğuz və E.Piriyə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, eləcə də, Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

    A.Oğuz və E.Piri səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, öz cəbhə xatirələrini bölüşüb, onları qələmə aldıqlarını və kitab şəklində oxucuların ixtiyarına verəcəklərini bildirib.
    Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşdü - FOTO
    Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşdü - FOTO
    Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşdü - FOTO
    Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər