Qənirə Paşayeva bir qrup fiziki imkanları məhdud rəssamla görüşdü - FOTO

Qənirə Paşayeva bir qrup fiziki imkanları məhdud rəssamla görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssamla Mədəniyyət Komitəsində görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb.

    Asiya.az
    xəbər verir ki, fiziki imkanları məhdud insanlar arasında incəsənətə meylli, sənət qabiliyyətli olanların həmişə diqqət mərkəzində olduğunu, seçildiyini xatırladan Q.Paşayeva, onların heç də hamısının öz qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək əzm və imkanına malik olmadığını da söyləyib: "Bəziləri illərlə istedad və bacarıqlarını gizli saxlamağa məcbur olur. İncəsənətin müxtəlif növləri ilə, o cümlədən rəssamlıqla yaxından məşğul olan bir çox gəncimiz artıq cəmiyyətdə tanınır, sevilir. Fiziki məhdudiyyətli olsa da, iradə nümayiş etdirib, öz istedadını əsərlərdə təcalla etdirən gənclərimiz həm bizə gözəl əsərlər bəxş edir, həm də başqa fiziki məhdudiyyətli insanlara örnək olur".

    Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili Nizami İli, Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsini, Xarıbülbül və Vaqif Poeziya Günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.

    Gənc rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva, özünəxas ənənələri olan Azərbaycan rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.

    Görüşdə iştirak edən Samirə Salmanova, Dərgah Əliyev, Lalə Həsənova və onların ailə üzvləri səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

    Görüşdə “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva və Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
    Qənirə Paşayeva bir qrup fiziki imkanları məhdud rəssamla görüşdü - FOTO
    Qənirə Paşayeva bir qrup fiziki imkanları məhdud rəssamla görüşdü - FOTO
    Qənirə Paşayeva bir qrup fiziki imkanları məhdud rəssamla görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər