Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar
  • Cəmiyyət

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

    İdarədən Asiya.az-a bildirilib ki, 27-28 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 217 nömrəli tam orta məktəbin şagirdi Elşən Salahov və 297 nömrəli tam orta məktəbin şagirdi Səmral Qasımov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

    İmtahanın I mərhələsində 285 bal yığan S.Qasımov hər iki mərhələnin cəminə görə 685 bal, I mərhələdə 276,5 bal yığan E.Salahov isə hər iki mərhələnin cəminə görə 676,5 bal toplayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər