Tarixi qərar və şanlı Qələbə

Tarixi qərar və şanlı Qələbə
  • Cəmiyyət

  • Bir il bunda əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbiçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücumu əməliyyatının başlanmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazanmışdır.

    44 günlük müharibə zamanı bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də öz canları, qanları bahasına bizə qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi. Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, “bu Qələbə tarixdə əbədi qalacaq. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq".

    Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Azərbaycan Ordusu şəhidlərin qanını aldı . Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti , fədakarlığı artıq dastana çevrilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

    Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi.

    Gülşən Xəlilova Masallı Regional “ASAN Xidmət “ mərkəzinin sektor müdiri.
    PAYLAŞ:

    Oxşar xəbərlər