Azərbaycan Qırğızıstana yeni səfir təyin etdi

Azərbaycan Qırğızıstana yeni səfir təyin etdi
  • Siyasət / Manşet

  • Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Asiya.az
    xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Xatırladaq ki, Lətif Qəndilov bu ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılmışdı.

    Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam ilə Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    H.Orucov 2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər