Masallıda piyada keçidi problemi - VİDEO

Masallıda piyada keçidi problemi - VİDEO
  • Sosial / Araşdırma

  • Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı Dövlət Regional Kollecinin direktorunun təhsil ocağının qarşısındakı küçədə şütüyən avtomobilləri saxladaraq tələbələri yolu təhlükəsiz keçirməsi yayılmışdı.

    Sosial şəbəkə istifadəçilər müəllimin fədakar hərəkətini alqışlasalar da, həmin yerdə piyada keçidinin olmaması üçün adiyatı dövlət qurumlarına tənqidlər yazdılar.

    Asiya TV mövzunun vacibliyini nəzərə alaraq Masallı şəhəri və Ərkivan qəsəbəsində yerləşən bir neçə təhsil ocağının yaxınlığında yerləşən avtomobil yollarında piyada keçidləri ilə bağlı reportaj hazırlayıb.

    Kollecin yaxınlığında piyada keçidi olmayan küçə dahi şairimiz Səməd Vurğunun adını daşıyır. Kollecdən 100 metr aralı, həmin küçədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən, yeni, ikimərtəbəli, yaraşıqlı körpələr evi-uşaq baxçasında körpə fidanların əylənməsi, tərbiyə alması üşün hər cür şərait yaradılıb.

    Amma nədənsə baxçanın qarşısında piyada keçidi qoyulmayıb. 

    Füzuli küçəsində yerləşən Şəhər 1 saylı tam orta məktəbinin qarşısında piyada keçidi ilə yanaşı iki “tramplin”-də vardır ki, bu da avtomobillərin sürətini azaltmasına səbəb olur. Şəhərin 2, 3 və 4 saylı tam orta məktəblərinin qarşısında da piyada keçidi var. 

    Ərkivan qəsəbəsində 3 məktəb avtomobil yolunun üstündə yerləşir. 1 və 5 saylı orta məktəblərin qarşısında əvvəllər piyada keçidi olsa da köhnəldiyi üçün indi bu zolaqları görmək mümkün deyil. 2 saylı məktəbin qarşısında isə heç vaxt piyada keçidi olmayıb.

    Sonda xahişimiz adiyatı qurumlaradır. 

    Hər hansı xoşa gəlməz hadisə baş verməmiş uşaqların, eləcədə böyüklərin avtomobil yollarını təhlükəsiz keçməsi üçün təhsil ocaqlarının yaxınlığında olan piyada keçidlərini bərpa edin.

    Çünki, sonrakı peşmanlıq fayda verməz.

    Cəfər Cəfərov, 

    Asiya TV


    PAYLAŞ:

    Oxşar xəbərlər