Asiya.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, VECON CONSULTING qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.
O bildirib ki, Ümumi yanaşdıqda elə bir rayonda ,elə bir yer göstərilə bilər, daha aktual obyektdir həmin rayon yaxud ərazi üçün daha strateji hesab olunan yerdə yerləşir. O obyektin qiyməti rayonuna görə yox yerləşməsinə görə müəyyən edilir.
Vüqar Oruc ən bahalı hesab olunan mənzil və obyektlərin qiymət göstəricilərinə də toxunaraq “Qiyməti yüksək hesab olunan rayonlarda mənzillərin 1kv metrinin qiyməti 7000 manat ən yüksək qiymət olaraq ilk 10luqda yer alan qiymət sıralanmasında 1 kv metri 3500 manat olan mənzillərlə bitir.”-deyə qeyd edib.