Qənirə Paşayeva Saxa Dövlət Məclisinin üzvü ilə görüşdü

Qənirə Paşayeva Saxa Dövlət Məclisinin üzvü ilə görüşdü
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikası Dövlət Məclisinin (İl Tumen) IV, V və VI çağırış deputatı, Saxa Respublikasının Fəxri vətəndaşı və Əməkdar İnşaatçısı, Saxadakı Azərbaycan Diaspor Təşkilatının sədri Əliş Məmmədovla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş Saxa xalqının Azərbaycan ədəbiyyatına, mədəniyyətinə marağı, qarşılıqlı ədəbi, mədəni əlaqələrin mövcud durumu, əməkdaşlıq imkanları və Saxa (Yakutiya) Respublikasındakı həmvətənlərimizin diaspor təşkilatının fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
    Ə.Məmmodov onun dəstəyi və iştirakı ilə nəşr edilmiş kitablar və mədəni planda nəzərdə tutulan tədbirlər barədə Komitə sədrinə bilgi verib.

    Qənirə Paşayeva Əliş Məmmədova Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər