Zəlimxan Yaqubun "Türkün taleyi" kitabının Ankarada ilk təqdimat mərasimi keçirilib - FOTOLAR

Zəlimxan Yaqubun "Türkün taleyi" kitabının Ankarada ilk təqdimat mərasimi keçirilib - FOTOLAR
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Xalq şairi Zəlimxan Yaqubun "Türkün taleyi" kitabının Ankarada ilk təqdimat mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, "Türk Ocaqları" Baş Qərargahında keçirilən təqdimatda Qǝnirǝ Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. “Türk Ocaqları”nın Başqanı Prof. Dr. Mehmet Öz, “Türk Ocaqları” İdarə Heyəti üzvləri, Ocağın gənc üzvləri və başqa qonaqlar təqdimatda iştirak edib. Prof.Dr. Mehmet Öz salamlama çıxışında, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin keçmişdəki və günümüzdəki durumundan, Qarabağ Zəfərinin önəmindən danışıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri Qǝnirǝ Paşayeva təqdimatda geniş nitq söyləyərək Türk birliyi, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və Qarabağ müharibəsindən  söz açıb. Xalq şairi Zǝlimxan Yaqubun Türk dünyasına, o cümlədən qardaş Türkiyəyə sonsuz sevgi-sayğısından, Türkiyənin, Türk dünyasının yüksəlişini, Qarabağda qazanılacaq qələbəni şair fəhmi ilə - bütün aydınlığı ilə öncədən görməsindən danışıb: “Zəlimxan Yaqub bütün bu vurğulanan yüksəliş və qələbələrdən öz gözəl əsərlərində bəhs edib, bu mövzularda qiymətli şeirlər, poeamalar yazıb. Mən Zəlimxan müəllimlə ailə dostu olmuşam. Onun ailədə, cəmiyyətdə, parlamentdə, Türk dünyasında və əlbəttə, şeir-sənət dünyasında necə sayğılı, etibarlı bir yerə sahib olduğunu görmüşəm. Şairin haqqın rəhmətinə qovuşmasından 5 ildən çox vaxt keçsə də, onun dillər əzbəri şeirlərinə, ümumən şəxsiyyətinə və yaradıcılığına maraq azalmamışdır. Biz bu il şairin “Qarabağ şikəstəsi” şeirlər və poeamalar kitabını onlayn təqdim edərkən, belə bir fikir hasil oldu ki, onun Türk dünyası ünvanlı şeirlərini ayrıca kitab şəklində çap edək. Budur, böyük məmnuniyyətlə bu gün burada “Türkün taleyi” kitabının təqdimatına yığışmışıq. “Türkün taleyi”nin ilk təqdimatı üçün ən uyğun yerlərdən birinin məhz “Türk Ocaqları” olduğuna inanıram. Necə deyərlər, amal eyni, yol eyni, baxış eyni... Mən “Türk Ocaqları”mızın başqanı, hörmətli Mehmet xocaya, "Türkün taleyi”ni nəşrə hazırlayan Musa Nəbioğluna, bu təqdimatın hazırlanmasında, kitabın gün üzü görməsində əməyi keçən hər kəsə könül dolusu təşəkkülərimi yetiririəm! Çox şadam ki, bu təqdimat Türkiyəmizin dünyada nüfuzunun böyük ölçüdə artdığı bir dönəmdə, Türk dövlətləri Təşkilatının yaranmasının və Azərbaycan Vətən Müharibəsində tarixi Zəfərimizin fərəhi, qüruru içində keçiririk. Bütün bu tarixi uğurlarımızın şairin ruhuna agah olduğuna inanıram. Ruhu şad olsun”!    Sonra heyə üzvləri – Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, "Ozan dünyası" jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nǝbioğlu, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”nın sədri Səkinə Babayeva, "Dədə Əlǝsgǝr Ocağı" İctimai Birliyinin başçısı Xǝtai Əlǝsgǝrli çıxış edib, ürək sözlərini bölüşüb. Təqdimatda Zǝlimxan Yaqubun şeirlərindən örnəklər oxunub. Sonra “Türk Ocaqları” Mərkəz Məsləhət qurumu üzvü Dr.Lütfü Şahsuvaroğlu çıxış edib, Türk birliyindən və birliyimizin güclənməsində ədəbiyyatın, mədəniyyətin rolundan danışıb, çıxışının sonunda Zəlimxan Yaqubun Türk birliyinə çağırış ruhlu şeirini oxuyub. Təqdimatın sonunda Azərbaycan heyəti “Türk Ocaqları”na və tədbir iştirakçılarına Qarabağ motivli xatirə hədiyələri bağışlayıb. Öz növbəsində “Türk Ocaqları” Azərbaycan nümayəndə heyətinə hədiyyələr bağışlayıb.




    PAYLAŞ:

    Oxşar xəbərlər