Masallıda şəhid gizir Raqib Əzizov anıldı – VİDEO/FOTOLAR

Masallıda şəhid gizir Raqib Əzizov anıldı – VİDEO/FOTOLAR
  • Sosial / Manşet / Hərb

  • Masallı rayonunun Yolağac kəndində  “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və  “Vətən uğrunda” medalları ilə təltif edilən 44 günlük Vətən müharibəsinişəhid giziri Raqib Vidadi oğlu Əzizovun il mərasimi keçirilib.

    Asiya TV xəbər verir ki, il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin MəmmədovMillət vəkilləri – Musa Qasımlı, Məşhur Məmmədovhüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.

    Anım mərasimi şəhid gizirin adına tikilmiş abidə-bulaq kompleksinin ziyarəti ilə başlayıb.

    İcra başçısı nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb

    “Dünya heç də biz düşündüyümüz kimi ədalətli deyildir. Xocalı qırğını, məscidlərdə donuz, inək saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır.” - deyə icra başçısı qeyd edib. 

    Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Raqibin ruhu bizimlədir. Raqiblər bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytardılar, Zəfər sevinci yaşatdılar. Raqib kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.” - deyə Şahin Məmmədov nitqin bildirib.

    Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkəmizə, millətimizə dualar ediblər.

    Şəhid gizirin atası Vidadi Əzizov və kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildiriblər.

    Sonda mərasim iştirakçıları kənd qəbiristanında şəhid gizir Raqib Vidadi oğlu Əzizovun məzarını ziyarət edib, məzarı üstünə qərənfillər düzüblər.














    PAYLAŞ:

    Oxşar xəbərlər