Həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan Masallı sakini saxlanıldı

Həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan Masallı sakini saxlanıldı
  • Hadisə

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. 

     

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsindəki fərdi yaşayış evlərindən birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

     

    Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Ərkivan qəsəbə, Qızlaküçə məhəllə sakini Elvin Tahirov olduğu müəyyə edilib. Oğurlanan qızıl-zinət əşyalarından bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

     

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər