Bakı və Abşeronda Novruz yarmarkaları keçiriləcək

Bakı və Abşeronda Novruz yarmarkaları keçiriləcək
  • Sosial / Manşet

  • 12-19 mart tarixlərində "Kənddən Şəhərə" Novruz yarmarkaları təşkil olunacaq.

    Kənd Təsərrüfatı Nazirliyindən Asiya.az-a verilən məlumata görə, Bakı və Abşeron ərazisində fərqli ünvanda baş tutacaq yarmarkalarda iştirak üçün fermerlər dəvət olunur.

    Fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edə biləcəklər.

    Qeyd edək ki, ənənəvi "Kənddən Şəhərə" həftəsonu yarmarkaları 5-6 mart tarixlərində də təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər