“Vətənpərvərlik etüdləri” Masallıda keçirildi - VİDEOLAR/FOTOLAR

“Vətənpərvərlik etüdləri” Masallıda keçirildi - VİDEOLAR/FOTOLAR
  • Mədəniyyət / Araşdırma

  • Masallıda YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin və Milli Məclisin deputatı Məşhur Məmmədovun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində “Masallı mənzərələri” adlı etüd baş tutub.

     

    Tədbirdən əvvəl Masallıda yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

     

    Masallı Rayon İcra Hakimiyyətində davam edən tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

     

    Rayon İcra Hakimiyyətinin iclas zalında 25 nəfərdən ibarət rəssam qrupunu qəbul edən icra başçısı Şahin Məmmədov qonaqları Masallıda görməkdən şad olduğunu bildirib. Rayon rəhbəri burada yaşayan insanların qonaqpərvərliyindən söhbət açaraq, Masallının zəngin təbiətə malik bir rayon olmasını qeyd edib.

     

    Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İsgəndərova çıxışlarında bildiriblər ki, “Masallı mənzərələri” bir ilk olmaqla yanaşı artıq 5 ildir ki, həyata keçirtdiklərini və bununla da məqsədimiz bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.

     

    Rəssamlar Masallı şəhər Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsinin şagirdlərinin dərs prosesi ilə tanış olublar. Rəssam-müəllim Ehtiram Məmmədov qonaqları məktəbin Rəssamlıq şöbəsinin fəaliyyəti ilə tanış edib.

     

    Masallı Rəsm Qalereyasında yerli rəssamların əsərləri ilə tanış olan qonaqlara Qalereyanın direktoru Təhmasib Məcidov əsəsrlər haqqında məlumat verib.

     

    Sonra qonaqlar Masallı Tarix Diyarşünaslıq Muzeyindəki ekspanatlara tamaşa ediblər. Muzeyin direktoru Əntiqə Tağıyeva rəssamları muzeylə tanış edib.

     

    Nahar fasiləsində Masallının özünəməxsus mətbəxinin təamları etüd iştirakçılarına təqdim edilib.

     

    Etüdlər Masallıda təbiət qoynunda baş tutub. Rəssamlar əsrarəngiz təbiət mənzərələrindən ilhamlanaraq bir-birindən gözəl rəsm əsərləri yaradıblar.

     

    Layihə rəhbəri Elnurə İsgəndərovanın Asiya TV-yə verdiyi məlumata görə Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” ilboyu davam edəcək və sonda YAP Yasamal Rayon Təşkilatında sərgilənəcək.

     

    Axırda rəssamlara diplomlar təqdim edilib. 

     

    Tədbir boyu qonaqları millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi ŞahverdiyevMasallı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov və “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov müşaət edib.


     

































    PAYLAŞ:

    Oxşar xəbərlər