Masallıda uşaq bağçası-körpələr evinin açılışı oldu - FOTOLAR

Masallıda uşaq bağçası-körpələr evinin açılışı oldu - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı şəhərinin Səməd Vurğun küçəsində 100 yerlik, ikimərtəbəli şəhər 1 saylı uşaq bağçası-körpələr evi öz qapılarını uşaqların üzünə açıb.

    Asiya.az xəbər veir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur MəmmədovAnar İsgəndərov, Heydər Əliyev fondunun əməkdaşları yeni istifadəyə verilən şəhər 1 nömrəli uşaq bağçasına gələrək, açılışını edib, təlim-tərbiyə işləri ilə tanış olublar.

    Yeni bağça binasında əyləncə, yataq, idman, məşğələ, tibb otaqları, mətbəx və yeməkxana, sanitar qovşaqları, ərzaq anbarı, eləcə də bağçanın həyətində balaca fidanların əylənmələri üçün müxtəlif istirahət guşələri inşa edilmişdir.

    Qonaqlar bağça kollektivilə görüş zamanı bildiriblər ki, bu gün uşaqların yüksək təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. 

    İcra başçısı Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğulamışdır. Bildirilmişdir ki, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Masallının mərkəzində, kənd və qəsəbələrində da mühüm addımlar atılmaqdadır. 

    Bu il rayonda bir neçə məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Artıq bu sahədə görülən işlər təqdirəlayiqdir.

    Xatırladaq ki, uşaq bağçası-körpələr evi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallı rayonundan olan gənc sahibkar xanım Mədinə Məşhur qızı Şahbazovanın maliyyə dəstəyi ilə tikilib, uşaqların istifadəsinə verilib.









     

    PAYLAŞ:

    Oxşar xəbərlər