Sevgilisi Van Damın bacısını oxlovla döydü

Sevgilisi Van Damın bacısını oxlovla döydü
  • Mədəniyyət

  • Məşhur aktyor Jan-Klod Van Damın bacısı Veronika van Varenberq sosial şəbəkədə Frederiklə tanış olduqdan sonra həyatı dəyişib.

    Asiya.az
    lent.az-a istinadən xəbər verir ki, bir müddət hər şey yaxşı getsə də, Veronika hiss edib ki, Frederiki yalnız pul və Jan-Klodun məşhurluğu maraqlandırır. Buna görə də münasibətlərə son qoymaq qərarına gəlib. Təbii ki, Frederik bununla razılaşmayıb.

    2017-ci il martın 17-də Frederik əşyalarını götürmək üçün Veronika gilə gəlib. Mübahisə zamanı Frederik aktyorun bacısını oxlovla döyüb. Zərbənin gücündən oxlov sınıb, qadının üz-gözü qana bulaşıb. Frederik qadını həkimə gətirib.

    Polisə ifadəsində yıxıldığını bildirən qadın evə gəldikdə 30 000 avronun yoxa çıxdığını görüb. Lakin qadın o vaxt sevgilisindən şikayət etməyib, bir il sonra məhkəməyə müraciət edib. 

    Ötən gün keçirilən hazırlıq iclasında Frederik iştirak etməyib. Onu 6 ilədək həbs gözləyir. Məhkəmə hökmünü aprelin 28-də elan edəcək.  
    PAYLAŞ:

    Oxşar xəbərlər