Viləşçay Su Anbarı İstismarı İdarəsi sudan istifadə edən fermerlərlə maarifləndirici görüşlər keçirdi - FOTOLAR

Viləşçay Su Anbarı İstismarı İdarəsi sudan istifadə edən fermerlərlə maarifləndirici görüşlər keçirdi - FOTOLAR
  • Sosial / Manşet

  • Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi Masallı rayonu ərazisində sudan istifadə edən kəndlərdə fermerlərlə maarifləndirici görüşlər keçirilməsi davam edir. 

     

    Asiya.az xəbər verir ki, 28 mart tarixində Nizami Gəncəvi adına Rayon Mədəniyyət Mərkəzini Həsənli kənd Bədii Qiraət Klubunda baş tutan görüşdə Həsənli, Təkdam, Köçəkli, Məmmədxanlı kəndlərindən olan fermerlər iştirak ediblər.

    Tədbir Ulu öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb.

    RİH başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəzir Hüseynov çıxış edərək bildirdi ki, əkinçilər ilə görüşməyimiz təqdirə laiqdir.

    “Sizin kollektiviniz sel-daşqınlar zamanı gördüyünüz   işləri alqışlayıram. Əkinçilərin su təmin edilməsi üçün gördüyünüz işlər təqdirə laiqdir. Ümüdvaram ki, bu görüş sonuncu olmayacaq.”

    Sonra Köçəkli kənd sakini Rövşən Niftiyev, Həsənli kənd sakini Aqil Rzayev çıxış edərək ərazidə bəzi suaparıcı kanalların lildən təmizlənməsinə köməklik göstərilməsini idarə rəisindən xahiş ediblər.

    31 mart 2022-ci il tarixində Masallı Rayon İHB-nın Şıxlar Ərazi üzrə nümayəndəliyində keçirilən görüşdə Şıxlar, 1-ci Yeddioymaq, 2-ci Yeddioymaq və Qasımlı kəndlərindən olan əkinçilər iştirak ediblər. 

    Tədbir 31 mart soyqırım günü şəhidlərin və Azərbaycanın bütövlüyü uğrunda şəhid olanlarıın xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı.

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov çıxışında bildirdi ki, Şıxlar və Yeddioymaq ərazilərində suvarma işləri qapalı şəbəkə vasitəsi ilə aparılır. Biz suvarma mövsümünə hazırlıq üçün qapalı şəbəkələr də təmir işləri aparmışıq. Sizdən xahiş edirəm, əkəcəyiniz əkin və əkin sahələri barədə qabaqcadan Şıxlar Sudan İstifadə Birliyinə və ya Viləşçay Su Anbarı İstismarı İdarəsinə məlumat verəsiniz.

    Bizdə çalışacayıq ki, suvarma mövsümünü  səmərəli aparaq. 

    Yeddioymaq ərazi nümayəndəsi V.Şükürov çıxış edərək bildirdi ki, sağ olun ki, əkinçilərlə belə görüşləri keçirirsiniz. Rəhbərlik etdiyim ərazidə əkinçilərin su ilə təmin etmək üçün qapalı şəbəkələrin təmirə ehtiyacı var xahiş edirəm ki, onu nəzərə alasınız.

    Şıxlar kənd sakini Ə.Hüseynov bu il tərəvəz əkəcəyi əkin sahəsinə gələn qapalı şəbəkədə bir ədəd siyirtməyə ehtiyacı olduğunu bldirərək, nəzərə alınmasını xahiş etdi. 

    2-ci Yeddioymaq kənd sakini İ.Həşimov çıxış edərək bildirdi ki, uzun illərdir sudan istifadə edir hər zaman su ilə təmin olunub. Bu il 4 ha yonca əkmişəm. Xahiş edirəm əkin sahəmə gedən 800 metr su aparıcı kanal var onu lildən təmizlənməsini təmin edəsiniz.

    Sonra Şıxlar kənd sakinləri B.Musayev, İ.Teymurlu, H.Hüseynov çıxış edərək sudan istifadə etmək üçün lazımı kömək aldıqlarını bildirdilər.

    Şıxlar Sudan İstifadə Birliyinin sədri İltimas Əhədov əkinçilərdən əkəcəkləri sahə barədə qabaqcadan məlumat vermələrini xahiş etdi.

    5Aprel 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyinin Masallı Rayon İHB-nın Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Xıl, Sərçuvar, Sirəbil kəndlərinin əkinçiləri iştirak edirdilər.

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov çıxış edərək bildirdi ki, bizim əkinçilərlə görüşümüzün məqsədi qarşılarına çıxan problemlərin həllini tapmaqdır. Xıl kənd ərazisində suvarma işləri   qapalı şəbəkə, Sərçuvar və Sirəbil kəndində isə suvarma kanalları vasitəsi ilə aparılır. Biz çalışırıq ki, 2022-ci il də suvarma mövsümünə hazırlıq işləri davam etdiririk. Sizdən xahiş edirəm ki, suvarma  ilə bağlı problemlərinizi  bildirəsiniz. 

    Xıl ərazi nümayəndəsi M.Sadıqov çıxış edərək Viləşçay Su Anbarı rəhbərliyinə minətdarlıq edib. O bildirib ki, əkinçiləri maarifləndirmək üçün belə görüşlər mütəmadi keçirmək lazımdır. 

    Sərçuvar Bələdiyyəsinin sədri Elşad Eyvazov çıxış edərək bildirdi ki, Viləşçay Su Anbarı İstismarı İdarəsi Sərçuvar və Sirəbil kəndinin ərazilərində suvarma işlərini aparmaq üçün kanallar lildən təmizlənir və   hələ bu işlər davam edir. Buna görə sizdən təşəkkür edirəm. 

    Xıl kənd sakinləri Teyyub Kərimov çıxış edərək çəltik əkəcəyi sahədə sıradan çıxmış siyirtmənin dəyişdirilməsi, İlqar Hüseynov ərazidə suvarma işləri apararkən buğda sahəsini su basdığı üçün onlara köməklik göstərməyi xahiş ediblər. 

    Xıl kənd sakini Çingiz Ağayev, Sərçuvar kənd sakini Rüfət Abdullayev çıxış edərək ikinci bəndin tikilməsinin fermerlərə xeyiri olacağından danışıblar. 

    Xıl Sudan İstifadə Birliyinin sədri Tehran Kərimov əkiləcək sahələr barədə qabaqcadan idarəyə məlumat vermələrini əkinçilərdən xahiş edib.

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov hər bir görüşdə vətəndaşı diqqətlə dinləyib, qarşıya çıxan problemləri suvarma mövsümünə qədər həll edəcəklərini bildirib. Rəis fermerlərin nəzərinə çatdırıb ki, suvarma suyundan səmərəli və təyinatı üzrə istifadə etsinlər.


















    PAYLAŞ:

    Oxşar xəbərlər