Ukraynadan qonşu ölkələrə gedən qaçqın sayı AÇIQLANDI

Ukraynadan qonşu ölkələrə gedən qaçqın sayı AÇIQLANDI
  • Sosial

  • Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri Ukraynadan qonşu ölkələrə 4,5 milyondan çox qaçqın gəlib.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, by barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu gün məlumat verib.

    Məlumata görə, bu rəqəm bir gündə 62,000-dən çox artıb.

    Təşkilatın saytında yerləşdirilən informasiyaya görə, fevralın 24-dən aprelin 9-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 503 min 954 nəfərə çatıb. Gün ərzində 62 min 291 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

    Fevralın 24-dən aprelin 9-dək Polşaya 2 593 902, Rumıniyaya 686 232, Macarıstana 419 101, Moldovaya 410 882 qaçqın gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər