“Asiya.az”-dan Gülağa Tənhaya təkzib

“Asiya.az”-dan Gülağa Tənhaya təkzib
  • Sosial

  • 03.08.2021-ci ildə saytımızda dərc edilən “Gülağa Tənha sadə xalqı təhqir etdi” başlıqlı xəbərə görə Gülağa Qənbərov “Asiya.az” və “Hökm.az” saytlarını məhkəməyə verib, təzminat tələb etmişdi. 

    Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin çıxardığı qərara əsasən iddia qismən təmin edilib.  

    Məhkəmə qərarınında bildirilir:

    ““Asiya.az” və “Hökm.az” saytlarında dərc olunmuş “Gülağa Tənha sadə xalq təhqir etdi” başlıqlı məqalədə Qənbərov Gülağa Məmi oğlu barəsində yazılmış ifadələr Qənbərov Gülağa Məmi oğlunun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilsin.

    “Gülağa Tənha sadə xalqı təhqir etdi” başlıqlı məqaləni “Asiya.az” saytından silmək (yığışdırmaq) vəzifəsi cavabdeh “Asiya.az” saytının, həmin məqaləni “Hökm.az” saytından silmək (yığışdırmaq) vəzifəsi “Hökm.az” saytının üzərinə qoyulsun.”

    “Asiya.az” saytında dərc olunmuş “Gülağa Tənha sadə xalqı təhqir etdi” başlıqlı məqalədə Qənbərov Gülağa Məmi oğlu barəsində məlumat həqiqətə uyğun deyil və onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə Qənbərov Gülağa Məmi oğlundan üzr istəyirik. 

    PAYLAŞ:

    Oxşar xəbərlər