Viləşçay Su Anbarı İstismarı İdarəsi əkinçilərlə görüş keçirdi - FOTOLAR

Viləşçay Su Anbarı İstismarı İdarəsi əkinçilərlə görüş keçirdi - FOTOLAR
  • Sosial

  • Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi Masallı rayonu ərazisində sudan istifadə edən kəndlərdə fermerlərlə maarifləndirici görüşlər keçirib. 

     

    Asiya.az xəbər verir ki, 11 aprel 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Təklə, Əhmədli, Sığıncaq Xoşçobanlı kəndlərindən olan əkinçilər iştirak ediblər.

     

    Tədbir Ulu öndər H.Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb.

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov qarşıdan gələn suvarma mövsümü ilə əlaqədər görülmüş işlərdən danışıb. O, Təklə, Sığıncaq, Xoşçobanlı  əkinçilərinin suvarma suyu ilə təmin edilməsi üçün suvarma kanallarının çox hissəsi lildən təmizləndiyini və bu işin davam etdiyini bildirib.

     

    Təklə ərazi nümayəndəsi Tural Bəşirov çıxış edərək bildirdi ki, əkinçilərlə təşkil olunan bu görüşə görə təşəkkürümü bildiririrəm. Bilirsiniz ki, bizim ərazilərin əsas əkinçiliyi kartof, tərəvəz  və digər əkin növləridir. Ona görə suvarma vaxtında aparılarsa məhsuldarlıqda yaxşı olar. Xahiş edirəm ki, suvarma mövsümündə vaxtı vaxtında suyun təmin edilməsinə köməklik edəsiniz.

     

    Təklə kənd sakini Zahir Rafailov çıxış edərək bildirib ki, mən kartofçuluqla məşğulam su ilə vaxtında təmin olunmağım  üçün 100 metr kanalın lildən təmizlənməsinə kömək edəsiniz.

    Sığıncaq kənd sakini Daşqın Hüseynov fəaliyyətinin bostançılıq, Xoşçobanlı kənd sakini Əhmədağa Həmidov isə fəaliyyətinin tərəvəzçilik və tütünçülük olduğunu bildirərək suyun vaxtı-vaxtında verməsini xahiş ediblər.

     

    Su Anbarının rəisi Rusif Kərimov çıxış edərək bildirdi ki, Təzəkənd kəndi elə bir yerdə yerləşir ki, buranı su ilə təmin etmək üçün su aparıcı kanalların təmizlənməsi üçün çox işlər görülməlidir. Biz bu işin çox hissəsini  görmüşük və bu iş hələ də davam etdirilir. Artıq suvarma mövsümünün başlamaq üzrədir. Biz çalışacayıq  ki, Təzəkənd əkinçilərini suvarma suyu ilə təmin edək. 

     

    Təzəkənd ərazi nümayəndəsi Əli Əhmədov və Təzəkənd kənd bələdiyyəsinin sədri Taleh Abasov görüş üçün təşəkkür edərək kənd əkinçilərinin əsas fəaliyyətinin tərəvəzçilik olduğunu və suvarma işlərinin səmərəli şəkildə aparılmasına köməklik göstərilməsini xahiş etdilər.

     

    Təzəkənd kənd sakini Hüseynağa Tağıyev bildirdi ki, mən bir hektar soğan əkmişəm kanallın lildən təmizlənməsi üçün İdarənizə müraciət etdim və idarə rəisi mənə köməklik göstərdi. İndi suvarma işimi rahat aparıram. Buna görə sizə təşəkkür edirəm.

    Təzəkənd  kənd sakini Xalid Abasov tərəvəzçiliklə məşğul olduğunu bildirərək, suvarma kanalının 50 metr hissəsini lildən təmizlənməsini üçün  xahiş edib.

     

    11 aprel 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nın Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Şərəfə sakinləri il yanaşı Bala Təklə kəndindən olan əkinçilər də iştirak ediblər.

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov suvarma mövsümünün  başlanması münasibəti ilə Şərəfə və Bala Təklə ərazisində suvarma kanallarının çox hissəsi lildən təmizləndiyini bildirib.

     

    Sonra Şərəfə kənd ərazi nümayəndəsi Valeh Seyfullayev və Şərəfə kənd Bələdiyyəsinin sədri Elgün İsmayılov keçirilən görüşün təqdirə laiq olduğunu bildirdilər.

     

    Şərəfə kənd sakini Əliməmməd Ziyadov tərəvəzçilik və çiyələkçilik ilə məşğul olduğunu,  suvarma suyundan səmərəli şəkildə istifadə etmək üçün damcı suvarma üsulundan istifadə etdiyini bildirib. O qeyd edib ki, buna baxmayaraq mənim ərazimə gələn suvarma kanalının lildən təmizlənməsinə ehtiyac var. Xahiş edirəm ki, onu nəzərə alasınız.

     

    Hər üç görüşdə Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov əkinçiləri diqqətlə dinləyib, yaranan problemlərin tezliklə həll olunması üçün çalışacaqlarını bildirib.

    Əkinçilərlə görüş zamanı xahiş olunub ki, su istifadəçiləri suvarma suyunun dəyərini ödəniş çeki vasitəsi ilə “Million” aparatlarında   ödəsinlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər