Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi fermerlərlə görüş keçirdi - FOTOLAR

Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi fermerlərlə görüş keçirdi - FOTOLAR
  • Olay

  • Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi tərəfində Masallı rayonu ərazisində sudan istifadə edən kəndlərdə fermerlərlə maarifləndirici görüşlər davam edir. 

     

    Asiya.az xəbər verir ki, 20 aprel 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nin Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Öncəqala  Hüseynhacılı kəndlərindən olan əkinçilər iştirak ediblər.

     

    Tədbir Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb.

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov qarşıdan gələn suvarma mövsümü ilə əlaqədər görülmüş işlərdən danışıb. O, Təklə, Sığıncaq, Xoşçobanlı  əkinçilərinin suvarma suyu ilə təmin edilməsi üçün suvarma kanallarının çox hissəsi lildən təmizləndiyini və bu işin davam etdiyini bildirib.

     

    İdarə rəhbəri çıxış edərək Öncəqala və Hüseynhacılı kəndlərində suvarma işlərinin qapalı şəbəkələr  vasitəsi ilə aparıldığını diqətə çatdırdı. O qeyd etdi ki,  Bir  ədəd subartezian  quyudan istifadə olunur.  Biz suvarma işlərinin səmərəli şəkildə təmin olunmağı üçün təmir işləri aparırıq və bu işlər hələ də davam edir. İdarə rəhbəri əkinçilərə müraciət etdi ki, suvarma işlərini səmərəli şəkildə aparmaq üçün hansı problemləriniz varsa məlumat verəsiniz.

     

    Öncəqala ərazi nümayəndəsi Üzeyir Ağayev ərazi dairəsinin iki kənddən ibarət olduğunu bildirdi. “Sizə təşəkkür edirəm ki, belə görüşləri təşkil edirsiniz . Sizdən xahiş edirəm ki, əkinçilərin suvarma suyu ilə təmin olunmasına köməklik edəsiniz.” – deyə ərazi nümayəndəsi qeyd etdi.

     

    Öncəqala kənd sakini Qabil Əliyev çıxış edərək bildirdi ki, mən həm  tərəvəzçiliklə, həmdə yonca əkini ilə məşğul oluram. Yonca olan sahəmdə bir az görüləsi iş var. Mənə köməklik göstərməyinizə ehtiyac var, xahiş edirəm nəzərə alasınız.

     

    Öncəqala kənd sakini Mehti Məmmədov çıxış edərək tərəvəzçiliklə məşğul olduğunu bildirdi. O, əkin sahəsində olan siyirtmənin sıradan çıxdığını qeyd edərək, onun dəyişdirilməsinə kömək etməyi xahiş etdi.

     

    Viləş (kalinovka kəndi) kənd  Bələdiyyəsinin sədri Elman Məmmədov çıxış edərək bildirdi ki, görüş üçün sizə təşəkkürümü bildirirrəm və çıxışını davam etdirərək bildirdi ki, suvarma işlərini səmərəli şəkildə aparmaq üçün sizin idarənin gördüyü işlər göz qabağındadır. Çalışmaq lazımdır ki, əkinçilərdə sudan səmərəli şəkildə istifadə etsinlər 

     

    21 aprel 2022-ci il tarixində Viləşçay Su Anbarının rəhbərliyi Masallı Rayon İHB-nin Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən görüşdə Musaküçə, Lürən  Gəyəçöl kəndlərindən olan əkinçilər iştirak ediblər.

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin  rəisi Rusif   Kərimov  çıxış edərək bildirdi ki, biz əkinçilərin su ilə təmin olunması üçün əlimizdən gələni edirik. Xahiş edirəm ki, qarşınıza çıxan problemlərdən danışasınız. 

     

    Musaküçə  ərazi nümayəndəsi Surac Şahverdiyev iclasda çıxış edərək bildirdi ki, əvvəla belə görüşləri təşkil etdiyimiz üçün təşəkkür edirəm. Ərazidə  əhalinin su ilə təmin olunması üçün gördüyünüz işlər təqdirə laiqdir. Sizdən xahiş edirəm ki, əkinçilərin hər hansı probləmlərin həll olunmasında köməklik edəsiniz .

     

    Lürən kənd sakini Ruslan Bağırov bildirdi ki, mən həm çiyələk, həm də tərəvəzlə məşğul olur. “Əkin sahəmə gələn xəttlə xırda qüsur var xahiş edirəm onu da aradan qaldırılmasına köməklik göstərəsiniz.” – deyə fermer qeyd etdi.

     

    Gəyəçöl kənd sakini Bəybəla Əsədullayev çıxış edərək 1 hektar tərəvəz əkdiyini bildirdi. “Suvarma  şəbəkəsi ilə əkin sahəm arasında  məsafə azdır. Suvarma suyundan səmərəli istifadə etmək üçün çiləmə üsulundan   istifadə edirəm. Mövsüm başlaması ilə əlaqədar su problemin  və suyun verilməsini Viləşçay Su Anbarı İstismarı İdarəsinin işçi heyəti səmərəli şəkildə aparılmasına köməklik göstərəsiniz bir daha sizə minətdaram.” – deyə o qeyd etdi.

     

    Lürən ərazi nümayəndəsi Zakir Əbilov iclasda çıxış edərək bildirdi ki, ərazimizdə 3 hektara yaxın dövlət dəstəyi ilə Naringi ağacları əkilib.   Suvarma damcı üsulu ilə aparılır. Xahiş edirəm onları nəzərə alasınız.Söz verildi Musaküçə kənd sakini Nəriman Abasov iclasda çıxış edərək bildirdi ki, mən soğan əkini ilə məşğulam suvarma suyu ilə tam əmin olunuram və Viləşçay Su Anbarı İstismarı İdarəsinin işçi heyəti səmərəli şəkildə su verir buna görə təşəkkürümü bildirirrəm. 

     

    Sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov çıxış edərək bildirdi ki, mən siz əkinçiləri diqqətlə dinlədim çalışacağıq ki, siz əkinçiləri sudan istifadəsini tam şəkildə təmin edək.

     

    Sizdən tələb olunan odur ki, istifadə etdiyimiz  suyun dəyərini  Xıl Sudan İstifadə Birliyinin veridiyi ödəniş çeki vasitəsi ilə “Million” aparatında Xıl Sudan İstifadə Birliyinin hesabına ödəniş edəsiniz.
















    PAYLAŞ:

    Oxşar xəbərlər