Belə ki, "Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı" verilənlərə uyğun olan şəxslər qaydalara görə pedaqoji fəaliyyətlı məşğul ola bilməz.
Asiya.az XəzərXəbər-ə istinadən bu xəstəliklərin siyahısını təqdim edir:
· Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi
· Alsheymer xəstəliyi zamanı demensiya
· Vaskulyar demensiya
· Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya
· Dəqiqləşdirilməmiş demensiya
· Üzvi hallyüsinoz
· Üzvi-katatonik hal
· Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu
· Üzvi mənşəli şəxsiyyət pozuntusu
· Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları
· Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
· Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
· Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları
· Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları
· Şizofreniya
· Xroniki sayıqlama pozuntuları
· Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu
· Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu
· Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
· Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
· Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod
Şəxsiyyətin paranoid pozuntusu
· Şəxsiyyətin dissosial pozuntusu
· Şəxsiyyətin emosional davamsız pozuntusu
· Şəxsiyyətin isterik pozuntusu
· Azartlı oyunlara patoloji meyil
· Yanğına patoloji hərislik (piromaniya)
· Oğurluğa patoloji hərislik (kleptomaniya)
· Seksual seçimin pozuntusu
· Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)
· Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)
· Səs büküşlərinin və qırtlağın iflici
· Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)
· Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)