Masallıda Mir Kazım Aslanlı anıldı - VİDEO/FOTOLAR

Masallıda Mir Kazım Aslanlı anıldı - VİDEO/FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Masallının səfalı, gözoxşayan İsi kəndində şair, alim, həkim, bəstəkar Mir Kazım Aslanlı 110 illik yubiley tədbiri və qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

     

    Asiya.az xəbər verir ki, mərasimdə Masallı RİHB-nın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalı və ağsaqqallar, yaradıcı insanlar, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.

     

    Tədbir iştirakçıları əvvəlcə Mir Kazım Aslanlının məzarı önünə təzə güllər düzüblər.


    Tədbirə aparıcı İradə İmanbəyli Mir Kazım Aslanlının təqdimatı ilə başladı.

     

    Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini Aybəniz Qafarova rayon rəhbərinin salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra alimin həyat və yaradıcılığından danışdı.

     

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Nurəddin ƏdiloğluMasallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı RİHB-nın Qəriblər kəndi ərazisi üzrə nümayəndəsi Elvin Ağayev, sahibkar Hacı İldırım Allahyarov, təqaüddə olan veteran müəllim Nazim Qərib (Paşayev), şair Şahlar Əliyev, Mir Kazım Aslanlının bacısı oğlu Mirmusa Aslanlı və başqaları qəbirüstü abidənin təzədən götürülməsinə görə minnətdarlıq bildirib, şair, alim, həkim, müəllim və bəstəkarın 110 illik yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduqlarını söyləyiblər.

     

    Çıxış edənlər rayonda Mir Kazım Sarəngin adına küçə verilməsini və haqqında sənədli filmçəkilməsini təklif ediblər.

    Cəfər Cəfərov, 
    Elsevər Əliyev, 
    Asiya.az 

     












    PAYLAŞ:

    Oxşar xəbərlər