Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ
  • Manşet / Hərb

  • İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. 
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
    Qeyd olunub ki, dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

    PAYLAŞ:

    Oxşar xəbərlər