Daşkəsəndə qanvermə aksiyası keçirildi - FOTO

Daşkəsəndə qanvermə aksiyası keçirildi - FOTO
  • Sosial

  • İyulun 4-də  Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı bölməsinin təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Daşkəsəndə növbəti qanvermə aksiyası keçirilib.

    Prezident cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın “Talassemiyasız həyat naminə” layihəsinə əsasən keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya həvəslə qoşulublar. 

    Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub.

    Daşkəsən rayon sakinləri qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyi xeyirxah iş kimi qiymətləndirərək belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

    Qan Bankının tibb işçiləri tərəfindən yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.






    PAYLAŞ:

    Oxşar xəbərlər