Azərbaycanda quru sərhədlər bu tarixə qədər bağlı qalacaq

Azərbaycanda quru sərhədlər bu tarixə qədər bağlı qalacaq
  • Sosial

  • Azərbaycanda bir neçə müddətdir ki, hər kəsi düşündürən sual quru sərhədlərin nə vaxt açılacağı ilə bağlıdır. 

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabinetinin Dövlət Sərhədlərinin bağlanması ilə bağlı 20 iyun 2022-ci il tarixli qərarına əsasən quru sərhədlər daxil olmaqla 1 sentyabr 2022-ci il tarixinədək bütün sərhədlər bağlanılıb.

    Qeyd edilib ki, hazırda da Dövlət Sərhəd Xidməti sərhəd buraxılışı məntəqələrində xüsusi icazələr istisna olmaq şərti ilə vətəndaşların keçidini qeyd olunan qərara əsasən tənzimlənir.

    Bu isə o deməkdir ki, karantin rejimində yumşalma olmayacağı təqdirdə quru sərhədlər ən az sentyabrın 1-ə qədər bağlı qalacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər