Ramazan bayramını təbrik edən deputat: Onu yazanda 39 dərəcə qızdırma içindəydim

Ramazan bayramını təbrik edən deputat: Onu yazanda 39 dərəcə qızdırma içindəydim
  • Sosial

  • "Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə "Facebook” sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim”.

    Asiya.az
    xəbər verit ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

    Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: "Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm”. 

    Xatırladaq ki, R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı "Facebook” sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər