Şakir Quliyev Viləşçay yatağını atasının malı kimi satır – VİDEO/FOTOFAKT

Şakir Quliyev Viləşçay yatağını atasının malı kimi satır – VİDEO/FOTOFAKT
  • Sosial / Araşdırma

  • 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev dövlət mülkiyyətindən atasının malı kimi istifadə edir.

    Asiya.az xəbər verir ki, çay yatağı daşınmaz əmlak olmasına baxmayaraq Şakir Quliyev bu yataqları xaraba bazara çevirib. Belə ki, onun adamları Viləşçayın yatağından qumu, torpağı və qrabilləri daşıyaraq satırlar. 

    İşbazlar xüsusən istirahət günləri, gecə və sübh saatlarında bu işlə məşğul olurlar. 

    11 iyul Qurban bayramı günlərində də Şakir Quliyevin əlaltıları “dərə xəlvət, tülkü bəy” deyib sübh saatlarında Viləşçay yatağından oğurluq edərkən kameralarımıza tuş gəliblər.

    Əməkdaşımıza “bizim qazıntıya icazəmiz var” deyən sürücülər, kimə isə zəng edirlər. Az sonra əraziyə 10UB062 Dövlət nömrə nişanlı, “Mersedes” markalı avtomobil gəlir və yük maşınları təcili olaraq onun arxasıyca ərazini tərk edirlər.

    Belə hadisələr demək olar ki, hər gün təkrar edilir. Aşağıda təqdim etdiyimiz foto şəkillər ötən həftə Viləşçay yatağının Kosakül kəndi ərazisində çəkilib. 

    İnanırıq ki, adiyatı qurumlar məsələ ilə bağlı qanunamüvafiq ölçü götürəcəklər.

    Baş verən hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi açıqlamasını dərc etməyə hazırıq.

    //Asiya.az







    PAYLAŞ:

    Oxşar xəbərlər