“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr məlum oldu

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr məlum oldu
  • Hadisə

  • Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.

    Asiya.az APA-ya istinadən bildirir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

    Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər