Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu
  • İdman

  • Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

    Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayanı 6:1 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər