Yuxuda yıxılmaq hissi görün nəyin əlamətidir: Alimlər AÇIQLADI

Yuxuda yıxılmaq hissi görün nəyin əlamətidir: Alimlər AÇIQLADI
  • Maraqlı

  • Birdən yuxuya getdiyinizi və bədəninizin titrədiyini dəfələrlə yaşamış ola bilərsiniz. Bu, olduqca normal bir hisdir. Yuxu zamanı yıxılma və ya sürüşmə hissi tamamilə sağlam insanlar tərəfindən yaşana bilən bir vəziyyətdir.

    Asiya.az
    xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yuxu zamanı bu qeyri-iradi hərəkəti "yuxu miyoklonusu” kimi təsvir edir. 

    Alimlərin sözlərinə görə, olduqca geniş yayılan bu hərəkət beyindəki iki bölgənin nəzarət qarşıdurmasına səbəb olur. Lakin bu hərəkətliliyin başqa səbəbləri də ola bilər:

    1.Panik atak: Hansısa bir səbəblə yaranan panik atak tam yuxuya gedərkən yaranır. Bu hal insanda yatağı sürüşür, yıxılacaqmış kimi bir hiss yarada bilər.

    2.Yuxu pozuntuları: Gec yuxuya getmək, tez-tez və erkən oyanma, oyanmaqda çətinlik kimi bir çox əlamətlərlə qarşımıza çıxan yuxu pozuntularında bu hiss yaşana bilər.

    3.Narahatlıq: Həyəcan, narahatlığın artdığı bir çox psixiatrik pozuntularda bu hala rastlanılır.

    4.Stresli yaşam: İnsan gündəlik yaşamında çox stres yaşayır və kontrol edə bilmirsə, bədən bunlara reaksiya verir.
     
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər