Türkiyədə təhsil alan tələbə Masallıda İNTİHAR ETDİ

Türkiyədə təhsil alan tələbə Masallıda İNTİHAR ETDİ
  • Manşet / Olay

  • Masallının Yeddioymaq kəndində tələbə həyatına qəsd edib.

    Asiya.az Azerforum.com-a istinadən xəbər verir ki, intihar edən gənc əslən Masallı rayonunun 2-ci Yeddioymaq kəndindən olan Hikmət Tağıyevdir. Yaxınları onun meyitini yaşadığı evin həyətində ağacdan asılmış vəziyyətdə tapıblar.

    Qeyd olunur ki, H.Tağıyev Türkiyənin Tokat şəhərində yerləşən Qaziosmanpaşa universitetinin birinci kursunda təhsil alırmış. Yay tətili ilə əlaqədar olaraq Azərbaycanda gəlibmiş. 

    İntiharın səbəbləri haqda hələ ki, dəqiq məlumat verilmir.

    Faktla bağlı araşdırma aparıldığı bildirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər