Türkiyənin bu məşhur serialları "Xəzər TV"də yayımlanacaq

Türkiyənin bu məşhur serialları "Xəzər TV"də yayımlanacaq
  • Mədəniyyət

  • Düz 5 ildir "Xəzər TV”nin efirində yayımlanan "Ata ocağı” bədii serialının nümayişi bu mövsümdə də davam etdiriləcək. Azərbaycan televiziya məkanının ən uzun ömürlü serialı hesab olunan, ötən mövsümdə 1000-ci seriyası izləyicilərin ixtiyarına verilən "Ata ocağı”nın 6-cı mövsümünün çəkilişləri artıq bir müddətdir ki, start götürüb. 

    Serialın baş ssenaristi Valeh Əhmədov, rejissoru Rüfət Şahbazov, kreativ prodüseri isə Amiran Babayevdir. 

    Serial yeni mövsümdə də izləyicilərin qarşısına maraqlı hadisələr və bölümlərlə gələcək. Ekran işinin növbəti bölümlərində ötən mövsümlərdə rol alan bir çox tanınmış simalar yenidən kamera qarşısına keçəcəklər: yeni mövsümdə serialımızda yeni simalar da görəcəksiniz. 
    Yeni mövsümdə "Xəzər TV”də tamaşaçıları Türkiyə kinematoqrafiyasının istehsalı olan böyük maraq doğurmuş "Oyanış: Böyük Səlcuqlu” ("Uyanış: Büyük Selçuklu”)  serialının yayımı da nəzərdə tutulur. Türkiyə istehsalı olan və 2020-2021-ci illərdə yayımlanan serial tarixi janrdadır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik (Şahzadə) Səncərin həyatından bəhs edir. Rəsmi yayım hüququnu əldə edən "Xəzər” Televiziyasında serialın yayımı cari ilin sentyabr ayından planlaşdırılır.

    Eləcə də, "Xəzər TV” tamaşaçıları Türkiyə istehsalı olan və 2020-2022-ci illərdə yayımlanan "Günahsızlar mənzili” ("Masumlar apartmanı”) serialını izləmək imkanı qazanacaqlar.  

    Əsas süjet xəttini real həyatdan götürmüş serialda eyni mənzildə yaşayan dörd bacı- qardaşın psixoloji vəziyyətindən və ətrafdakı hadisələrdən bəhs olunur. Bu serialın rəsmi yayım hüququnu əldə etmiş "Xəzər” Televiziyası serialın yayımını cari ilin sentyabr ayından nəzərdə tutur.
    Onu da bildirək ki, hazırda hər iki Türkiyə serialının "Xəzər Media Mərkəzi”nin peşəkarlardan ibarət dublyaj heyəti tərəfindən Azərbaycan dilində səslənidirilməsi prosesi həyata keçirilir. 

    Adlarını qeyd etdiyimiz seriallardan başqa "Xəzər Tv”də məşhur Rusiya serialı "Briqada”nın da nümayişi nəzərdə tutulur. 2002-ci ilin istehsalı olan serial kriminal janrda çəkilib və bir-birinə bağlı olan dörd dostun həyat hekayəsini əks etdirir. 15 bölümdən ibarət ekran işində 1989-2000-ci illərdə Rusiyanın kriminal aləmində baş verən hadisələrdən bəhs olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər