Rasim Balayev çağırış etdi: “Azərlotereya”ya aldanmayın”

Rasim Balayev çağırış etdi: “Azərlotereya”ya aldanmayın”
  • Manşet / Cəmiyyət

  • “Ümumiyyətlə, qumar Quranda  haram bir iş hesab olunur. Qumar və içki haqqında mən “Qurani- Kərim”i oxumuşam. Orada deyilir ki, bunun xeyiri də var, ziyanı da var, amma ziyanı xeyrindən çoxdur. Ona görə, belə oyunların oynanılması məqbul deyil. Dediyim odur ki, belə oyunları məqbul saymıram!”.
    Bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.

    “Onu kim oynayır-oynamır özləri bilərlər, amma bizim millətə belə işlər haramdır. Mən gənclərimizi belə oyunlarda qətiyyən görmək istəmirəm. Çünki bəzi adamların bu oyunları təşkil etməkdə marağı var, çünki oradan böyük pullar qazanırlar. O adamlar ki, ümid edir ki, oradan 1 manat  verib, 100 min qazanacaq, mən onlara demək istərdim ki, bu, nağıldır. Yəni, hətta qazanılsa, o puldan onlar xeyir görməyəcəklər. Çünki başqalarının ümidlərini onlar xərcləyəcək, ona görə mən onun əleyhinəyəm. Ümumiyyətlə, bu lotereya oyunlarının heç bizim ölkədə olması düzgün deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər