"Azərişıq" əməkdaşları vətəndaşlardan pul tələb edir: "İnsanlar bu özbaşınalıqdan boğaza yığılıb"

"Azərişıq" əməkdaşları vətəndaşlardan pul tələb edir: "İnsanlar bu özbaşınalıqdan boğaza yığılıb"
  • Sosial / Araşdırma

  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının Abşeron rayonu Mehdiabad qəsəbəsində vətəndaşlardan pul tələb etdiyi iddia olunur.

    Yenicag.az xəbər verir ki, Mehdiabad qəsəbəsində sakinlərin elektriklə bağlı yaranmış problemlərinə “Azərişıq” ASC-nin əməkdaşları etinasız yanaşır, vətəndaşlardan xidmət müqabilində pul tələb edirlər.
    Redaksiyamıza şikayət ünvanlayan Dərgahov Fuad Həzər oğlunun sözlərinə görə, Mehdiabad qəsəbəsindəki evinin həyətində kiçik kafe açıb, bir neçə gün işlədikdən sonra isə marağın az olması səbəbindən kafenin fəaliyyətini dayandırıb.
    Br neçə gün öncə isə kafeyə bitişik elektrik sayğacında yanğın baş verib. Yanğın sakinlərin müdaxiləsilə söndürülsə də, elektrik verilişində yaranan problemin aradan qaldırılması üçün “Azərişıq”a müraciət edilib. Fuad Dərgahov bildirib ki, müraciətləri nəticəsiz qalıb:
    “Azərişıq” əməkdaşı məndən əraziyə gəlib elektrik verilişində yaranan problemi aradan qaldırmaq üçün pul tələb etdi. Fuad adlı həmin şəxsin bu tələbini geri çevirdiyim üçün heç əraziyə də gəlmədi. Həmin şəxs bundan öncə də bir çox sakindən pul tələb edib. Düzdür, sakinlərin bir qismi ona gördüyü işin müqabilində pul versə də, əksəriyyət bunu etmir. Belə olan halda, bu kimi qəzalar baş verir. “Azərişıq” əməkdaşları hadisənin üzərindən 3 gün keçməsinə baxmayaraq, əraziyə gəlmədikləri üçün məcbur olub elektrik naqillərini yenidən özüm döşəməli oldum.
    Hətta bir neçə qonşumun sayğacı işləmədiyi halda, onlara müəyyən məbləğ qarşılığında qeyri-qanuni şəkildə elektrik istifadə etmələrini təklif edib. Göründüyü kimi, “Azərişıq” əməkdaşları vətəndaşlardan pul tələb etməklə öz vəzifələrini düzgün yerinə yetirmirlər. İnsanlar artıq bu özbaşınalıqdan boğaza yığılıb”.



    Fuad Dərgahovun sözlərinə görə, dövlət tərəfindən təmin edilən elektrik sayğacına görə də vətəndaşlardan 200-300 manat məbləğində vəsait toplanıb:
    “Qonşularımızda da eynilə elektrik sayğacları yanıb. Hər dəfə də əməkdaşlar onlardan yeni sayğacın quraşdırılması üçün pul tələb ediblər”.
    Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu məsələnin araşdırılıb ətraflı məlumat veriləcəyini qeyd etdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər