
Asiya.az məlumat verir ki, bu yöndə şikayətlər, aramsız müraciətlər də deyilənləri təsdiqləyir. Hətta Abşeron icra Hakimiyyətinin “Facebook” səhifəsinə yazılanlar da göstərir ki, narazılıq həddən çoxdur. Amma icra başçısı Abdin Fərzəliyev gözlənildiyi kimi etimadı doğrultmadı – nə əhalinin, nə dövlətin. Fərzəliyev Nərimanov rayonunda necə idisə, Abşeronda da eyni üslubda fəaliyyətini davam etdirir. Fərq budur ki, Nərimanov mərkəz idi, hər yeri satmaq olmurdu, amma satanda da çox baha qiymətə tikintiyə sərəncam verilirdi. Abşeronda isə gözdən iraq yerdi deyə Masazır, Xırdalan və digər ərazilərdə istədiyi yeri sata bilir. İcra başçısı İradə xanımdan sonra bir nizam – intizam yaratmaq, Abşeron İH-də korrupsiya həbslərinin ardınca düzgün sistem qurmaq əvəzinə yenə neqativ hallara şərait yaradır. Gələn xəbərlərə görə, ev tikmək, obyekt inşa etmək çətin deyil, pulunu ver, sərəncamı al, lap istəsən yol kənarını zəbt elə, yaxud yaşıllığı kəs tik, təki Fərzəliyevin istədiyini ödə. Həmçinin, rayonda problemlər aşıb – daşır.
Misal üçün Abşeron sakini Qoşqar Məmmədov İH səhifəsinə yazır ki, Digah qəsəbəsinin yol, kanalizasiya, kabelləşmə və digər problemləri ilə tanış olmaq lazımdır. Rayon sakini Orxan Hüseynli isə şərhdə qeyd edir ki, Masazır kəndi ilə bağlı tədbirlər görün, yol infrastrukturu, təmizlik və yaşıllıqlar bağlı addımlar atın, park demək olar ki, yoxdur. Abşeron sakini Samir Musayev bildirir ki, Mehdiabad kəndində yeni məzarlıq salınıb, amma oranın yolu yoxdur, bərbad gündədir. O, icra başçısından yolun düzəlməsini xahiş edib. Və onlarla belə fakt göstərmək olar ki, Abşeronda problemlər xirtdəyə qədərdi. Sadəcə, məlum olur ki, A. Fərzəliyev Abşeronda heş bir iş görmür, kabinetlərdə görüşlər keçirməklə özünü prezidentə xalqa xidmət edən məmur kimi göstərir.TİA.Az


