“Telegram” istifadəçilərinə bəd xəbər: Bu funksiya ödənişli olacaq

“Telegram” istifadəçilərinə bəd xəbər: Bu funksiya ödənişli olacaq
  • Maraqlı

  • "Telegram” messencerində standart funksiyalardan biri pullu olub.
     
    Belə ki, artıq yalnız "Premium” abunəçiləri çatlarda kanallar adından mesaj dərc edə biləcək.

    Məlumata görə, artıq "Premium” abunəsi olmayan hesablar kanal adından şərhlərdə və qruplarda yaza bilmirlər (yalnız şəxsi hesabı adından mümkündür). Bu funksiya əvvəllər abunə olmadan mövcud idi.

    "Telegram”ın tərtibat komandasına yaxın mənbə bildirib ki, bu funksiyadan spamerlər sui-istifadə ediblər və məhz bununla əlaqədar olaraq funksiyanın ödənişli abunəliyə keçirilməsi barədə qərar qəbul edilib.

    Qeyd edək ki, cari ilin iyun ayında "Telegram” daxilində ödənişli funksiyalar elan edilən zaman messencerin yaradıcısı Pavel Durov əmin etmişdi ki, hazırda bütün mövcud funksiyalar pulsuz olaraq qalacaq, gələcəkdə isə daha bir çox yeni pulsuz funksiyalar peyda olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər