Ayağı sınan Ajda Pekkan yeddi saat əməliyyat olundu

Ayağı sınan Ajda Pekkan yeddi saat əməliyyat olundu
  • Mədəniyyət

  • Evində yıxılaraq çanaq sümüyü sınan Türkiyənin pop-starı Ajda Pekkanın əməliyyatı yeddi saat çəkib.

    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda 76 yaşlı müğənninin meneceri Oğuz Arınmış məlumat verib.

    Onun sözlərinə görə, Pekkanın yıxılmasına səbəb təziqi olub: "Əməliyyat çox uğurlu keçdi. Vəziyyəti yaxşıdır. Bir müddət dincəldikdən sonra qismət olsa, səhnəyə qayıdacaq. Amma çanağındakı çat səbəbindən noyabr ayındakı konsertləri ləğv etmək məcburiyyətində qaldıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər