Səhər yeməyində pendir yeyənlərin diqqətinə - Bu ziyanları var

Səhər yeməyində pendir yeyənlərin diqqətinə - Bu ziyanları var
  • Maraqlı

  • Demək olar ki, hər səhər istifadə olunan, səhər yeməyi və qəlyanaltıların əvəzolunmaz hissəsi kimi tanınan pendir normaldan çox istifadə edildiyində bir sıra zərər də verə bilər.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə mütəxəssislər məlumat verib. 

    Pendir yaxşı bir zülal, kalsium və fosfor mənbəyidir. Ancaq həddindən artıq istehlak halında ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

    Mütəxəssislər bildirir ki, çox kalorili qidalar yemək kökəlməyə səbəb olur.  Bütün pendirlərin yüksək kalorili dəyəri olmasa da, bəzi pendirlər tərkibinə görə çox yağlı qidalardır. Bu səbəblə, müntəzəm olaraq çox miqdarda istifadə olunan pendir kökəlmə ilə nəticələnə bilər.

    Pendir tərkibində laktoza olan yüksək yağlı süd məhsuludur. Bəzi insanlar bədənimizdə laktaza adlı bir fermentin olmaması səbəbindən laktozu çox yaxşı həzm edə bilmirlər. Əgər siz laktoza qarşı dözümsüzsünüzsə və bunu bilmirsinizsə, çox pendir qaz, şişkinlik və qəbizliyə səbəb ola bilər. Bu səbəbdən ehtiyatla istehlak etməyiniz yaxşı olar.

    Aydın

    PAYLAŞ:

    Oxşar xəbərlər