İnanılmaz hadisə - Gizlənqaç oynamağa çalışarkən ölkəni dəyişdi

İnanılmaz hadisə - Gizlənqaç oynamağa çalışarkən ölkəni dəyişdi
  • Maraqlı

  • Dostları ilə gizlənqaç oynayarkən yük konteynerində gizlənən uşaq 5 gün sonra Malayziyada gəmi heyəti tərəfindən tapılaraq xilas edilib.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən hadisə Banqladeşdə baş verib.

    Belə ki, bir oğlanın dostları ilə oynadığı gizlənqaç oyunu Malayziyada başa çatıb. Yanvarın 12-də Banqladeşin Çittaqonq şəhərindən 1337 konteyner yükü ilə yola çıxan MV Integra yük gəmisi 5 günlük dəniz səyahətindən sonra yanvarın 16-da Malayziyanın Port Klanq limanına gəlib.

    Konteynerlərin yerləşdiyi yük yerindən qışqırıq və zərbə səsləri eşidən ekipaj vəziyyəti gəmi kapitanına çatdırıb. Səslərin haradan gəldiyini anlamaq mümkün olmayan gəmi fövqəladə vəziyyətdə limana çəkilib. Səlahiyyətlilər ətraflı axtarışdan sonra səslərin gəldiyi konteyneri tapıblar və konteynerin içərisində taqətdən düşmüş kimi görünən uşaq tapıblar.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər