Millət vəkili Anar İsgəndərov Hüseynhacılı kəndində seçicilərilə görüşdü - FOTOLAR

Millət vəkili Anar İsgəndərov Hüseynhacılı kəndində seçicilərilə görüşdü - FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • 28 yanvar 2023-cü il tarixində Milli Məclisin deputatı, professor Anar İsgəndərov Hüseynhacılı kəndində vətəndaşlarla səyyar-görüş keçirdi.

     

    Asiya.az xəbər verir ki, görüşdən əvvəl millət vəkili ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən 1-ci Qarabağ müharibəsi şəhidi Niyaməddin Tapdıqov və Vətən müharibəsi şəhidi Elçin Novruzovun məzarlarını ziyarət edib, ruhlarına dualar oxudu.

     

    Hüseynhacılı kənd tam orta məktəbində baş tutan görüşdən öncə millət vəkili məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgi və şəhidlər guşəsi ilə tanış oldu.

     

    Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra millət vəkili seçicilər qarşısında deputat seçildiyi gündən bu vaxta kimi görülən işlər barəsində hesabat xarakterli məlumat verdi.

     

    Qocaman müəllim Aydınəli Qənbərov oğlu Elnur Qənbərovun əlillik dərəcəsi ala bilməməsi və tələbə nəvəsinin təhsil ödənişləri ilə bağlı köməklik istədi. 

     

    Kənd sakini Yaqub Kazımov kəndin su təlabatını ödəmək üçün artezan quyuya ehtiyac olduğunu, qəzalı vəziyyətdə olan elektrik naqillərindən və kəndin tibb məntəqəsində avadanlıq çatışmazlığından gileyləndi.

     

    Qazi atası Nəriman Nəcəfov oğlunun YAŞAT fondu tərəfindən müalicə olunmasını və kənd ərazisində mədəniyyət evi – kənd klubunun tikilməsini xahiş etdi.

     

    Müəllim Yadigar Şəmmədov məktəb həyətində təhlükə yaradan cərayan transformatorunun yerinin dəyişdirilməsinin vacibliyini bildirdi.

     

    Raci İsayev bacısına məxsus pay torpağın yerinin dəyişdirilməsini, Aytəkin İsayeva kəndə marşurut xəttinin təşkil edilməsini xahiş etdi.

     

    Millət vəkili səsləndirilən şikayətlərin bəzilərinin həlli üçün yerindəcə adiyatı qurumlarla əlaqə saxlayıb, öz təklif və tapşırıqlarını verdi. Digər şikayətləri isə müvafiq qurumlar qarşısında qardıracağını və onların müsbət həll olunacağını bildirdi.

     

    Sakinlər kəndin əsas yoluna asfalt döşənməsinə, görülən abadlıq-quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə və millət vəkilinə öz minnətdarlıqlarını bildirdilər. 

     






    PAYLAŞ:

    Oxşar xəbərlər