Türkiyədə fövqəladə vəziyyət elan olundu

Türkiyədə fövqəladə vəziyyət elan olundu
  • Sosial

  • Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

    Dövlət başçısı axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.

    Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər