Masallıda Ali hərbi məktəbə qəbulla bağlı maarifləndirici görüş keçirilib

Masallıda Ali hərbi məktəbə qəbulla bağlı maarifləndirici görüş keçirilib
  • Masallı / Cəmiyyət

  • “Gənclərin silahlı qüvvələr sıralarında xidmətə həvəsləndirmək və istiqamət vermək” mövzusunda Masallı rayonunun Ərkivan qəsəbəsində Ali Hərbi məktəbə qəbulla bağlı məktəblilərlə maarifləndirici görüş keçirilib.

    Müdafiə Nazirliyinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Gənclərin silahlı qüvvələr sıralarında xidmətə həvəsləndirmək və istiqamət vermək” mövzusundakı tədbir Ərkivan qəsəbə şəhid Zahir Nəcəfov adına 2 saylı tam orta məktəbində baş tutub.
    Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

    Azərbaycan Respublikası Müdafiə Nazirlirliyinin əməkdaşı, baş leytenant Rauf Baxışov və Masallı Təhsil sektorunun hərbi işlər üzrə inspektoru, kapitan Əyyar Burhanov, məktəbin direktor əvəzi Vəli Ağayev, direktor müavini, Vətən müharibəsi iştirakçısı Həmid Mənsimov və başqaları Ali Hərbi Məktəbə qəbul və onun istiqamətləri ilə bağlı ətraflı danışaraq şagirdlərə Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyin vacib, eyni zamanda şərəfli olduğunu bildiriblər.
    Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
    Akif AĞAYEV


    PAYLAŞ:

    Oxşar xəbərlər