Masallıda "Narkomaniyaya və erkən nikahlara yox deyək!" adlı tədbir keçirilib - FOTOLAR

Masallıda "Narkomaniyaya və erkən nikahlara yox deyək!" adlı tədbir keçirilib - FOTOLAR
  • Sosial

  • Masallıda "Narkomaniyaya və erkən nikahlara yox deyək!" və Daxili İşlər Nazirliyinin Polis Akademiyasına təhsilə təşviqlə bağlı tədbir keçirilib.  

    Asiya.az
    xəbər verir ki, Hişkədərə kənd şəhid Elşad Ağayev adına tam orta məktəbində təşkil olunan tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elvin Əzimov, Boradigah polis bölməsinin rəisi Pərviz Məmmədov və əməkdaşları, "Sahibsiz uşaqlara dəstək" İctimai Birliyinin sədri Məlahət Abbasova, təlimçi Vəfa xanım, Masallı Rayon Təhsil Sektorunun məsləhətçisi Kamal Tarverdiyev, müəllim və şagirdlər, kənd ağsaqqalları iştirak ediblər.

    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə məktəbin direktoru İlham Ağayev açıb.

    Masallı Polis Şöbəsinin rəis müavini Elvin Əzimov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər