“WhatsApp”dan müzakirələrə səbəb olacaq yeni ÖZƏLLİK

“WhatsApp”dan müzakirələrə səbəb olacaq yeni ÖZƏLLİK
  • Maraqlı

  • "WhatsApp” yaxın vaxtlarda yeni özəllik istifadəyə verəcək.

    Asiya.az
    xəbər verir ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp” xəbər dünyasına addım atmağa hazırlaşır.

    Əldə edilən məlumata görə, "WhatsApp” xüsusi xəbər bülleteni funksiyası üzərində işləyir. "WhatsApp”ın 2.23.5.3 kodu ilə Android beta versiyasında olacaq bu xüsusiyyət "Xəbərlər" adında olacaq.

    Bildiyiniz kimi, "WhatsApp”ın icmalar funksiyası elan qrupları yaratmağa imkan verir. "WhatsApp”ın ən son Android beta versiyasında aşkarlanan "Xəbərlər” adlı xüsusiyyət, İcmalar bölməsinin yeni versiyası olacaq.

    Xəbər bülleteni funksiyası əlçatan olduqda, xəbər mənbələri "WhatsApp” xəbər bülletenlərini yarada biləcəklər. Bundan əlavə, istifadəçilər sevimli xəbər mənbələrini izləyərək xəbər lentlərini fərdiləşdirmək imkanı əldə edəcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər