Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları nə vaxt ödənəcək?

Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları nə vaxt ödənəcək?
  • Araşdırma / Sosial

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.

    Bu barədə Asiya.az-a nazirlikdən xəbər verilib.

    Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.

    Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.
    Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları artıq verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər