“Masallı Elektroniks” iftar süfrəsi təşkil etdi - FOTOLAR

“Masallı Elektroniks” iftar süfrəsi təşkil etdi - FOTOLAR
  • Manşet / Sosial

  • Masallı rayonunda fəaliyyət göstərən “Masallı Elektroniks” elektrik məişət malları mağazasının rəhbərliyi Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edib. 

    Asiya.az
    xəbər verir ki, ilk Qədr (Əhya) gecəsində verilən iftar süfrəsində şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, aztəminatlı ailələr iştirak ediblər.

    Tədbir öncəsi Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

    Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və digər ruhanilər “Qurani-Kərim”dən ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar ediblər.

    Din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından söhbət ediblər. 

    “Masallı Elektroniks”-in baş direktoru, xeyriyyəçi iş adamı Ruslan Bağışov Asiya.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən müqəddəs Ramazan ayı boyunca dəfələrlə aztəminatlı ailələrə yardımlar edilib, onlara ərzaq bağlamaları verilib.










    PAYLAŞ:

    Oxşar xəbərlər