Millət vəkili şəhid ailələri üçün ehsan süfrəsi açdı - FOTOLAR

Millət vəkili şəhid ailələri üçün ehsan süfrəsi açdı - FOTOLAR
  • Sosial / Araşdırma

  • 8 noyabr – Zəfər Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində millət vəkili Məşhur Məmmədov şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil edib.

    Asiya.az xəbər verir ki, məclisdə şəhid ailələri ilə yanaşı qazilər, rayon ictimaiyyəti, eləcə də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov
    Milli Məclisin deputatları – Məşhur Məmmədov, Anar İsgəndərovMusa Qasımlı iştirak ediblər.

    Məclis başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


    500 nəfərin iştirak etdiyi məclisdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazısı Ağa Rəşid Talıbov “Qurani-Kərim”dən ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib.

    Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. Qəhrəman vətən övladlarımızın şəhidlik zirvəsinə ucalmaları, şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

    Millət vəkili Məşhur Məmmədov çıxışında bildirib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Millət vəkili Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib. Tədbiri keçirməkdə əsas məqsəd şəhid ailələrini mütamadi olaraq diqqət mərkəzində saxlamaq və onlara lazımi qayğı göstərmək olduğunu vurğulayıb.

    Çıxış edən millət vəkilləri – professor Anar İsgəndərov və AMEA-nın müxbir üzvü Musa Qasımlı Zəfər tariximizdən danışıb, bu qələbəni bizə bəxş edən şəhid və qazilərimizə minnətdarlıqlarını bildiriblər. 

    Sonda mərasim iştirakçıları hər zaman şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə millət vəkili Məşhur Məmmədova öz təşəkkürlərini bildiriblər.

    ///Asiya.az














    PAYLAŞ:

    Oxşar xəbərlər